AXCP Ali Məclisinin sədri seçildi
09 oktyabr 2016 20:18 (UTC +04:00)

AXCP Ali Məclisinin sədri seçildi

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

 

Partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseynin APA-ya verdiyi məlumata görə, sessiyada Ali Məclis sədri postuna seçkilər keçirilib.

 

Bu vəzifəyə AXCP sədrinin müavini Nurəddin Məmmədli seçilib.

 

Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat etdiyi üçün bu vəzifə boş qalmışdı. 

# 502
avatar

Oxşar yazılar