Şəhid əsgərimiz Lerikdə dəfn edildi
Düşmənin snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Vüsal Əmir oğlu Əliyev bu gün dəfn olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu ilin yanvarında hərbi xidmətə çağırılmış şəhid əsgər doğulduğu Lerik rayonun Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirilib.
Şəhid Vüsal Əliyev yaylım atəşi altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı yaxınlarına verilib.
Qeyd edək ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

APA Baycan
Oxşar yazılar

Kənd sakini ot presləyən qurğuya düşdü
23 yanvar 2021 , 18:14
Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00