Yol polisinin Sumqayıtda törətdiyi qəza ilə bağlı DİN MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi Sumqayıt şəhərinin Sülh küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 26-da saat 21 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
*****
27 iyun
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, dünən axşam saat 10 radələrində Sumqayıt şəhərinin girişində `Hyundai Azera` markalı avtomobil 3 nömrəli marşrut avtobusuna çırpılıb.
Avtomobildə olan 4 nəfərdən 3-ü hadisə yerində keçinib. Məlumata əsasən qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan yol polisi baş serjantı Ramin Tahirovdur. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş.
Qəza baş verən zaman onun avtomobilində dostu və iki qadın olub. Ramin Tahirovla yanaşı həmin qadınlar da qəza zamanı həlak olub. Dostu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Nizam Rza
Oxşar yazılar

Keçmiş məhkumun evindən 4 kilodan çox narkotik tapıldı
27 yanvar 2021 , 13:27
Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47