Meksikada iğtişaşlar: 3 ölü, 45 yaralı
20 iyun 2016 04:32 (UTC +04:00)

Meksikada iğtişaşlar: 3 ölü, 45 yaralı

Meksikanın Oaxaka ştatında təhsil sahəsi işçiləri ilə polis arasında şiddətli toqquşmalar baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 3 nəfər ölüb, 45 nəfər xəsarət alıb. Etiraz aksiyasının iştirakçıları iki sərnişin avtobusunu yandırıb.

 

Artıq bir neçə ildir ki, Meksikada mütəmadi olaraq  minlərlə müəllim hökümətin islahat siyasəti əleyhinə etiraz aksiyaları keçirir. İslahat təhsil sahəsində çalışmaq üçün qaydaların sərtləşməsini nəzərdə tutur. Qeyd olunur ki, Meksikada müəllimlərin 50%-dən çoxu kişilərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar