Müğənni Yaqub Zurufçunun yeni albomu işıq üzü görüb. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. Müğənni bildirib ki, repertuarında sevilən “Dəniz” mahnısı da yeni albomda yer alıb: “Kiminlə qarşılaşıramsa, “Ayrılıq” və “Dəniz” mahnılarını çox bəyəndiklərini söyləyirlər. Ona görə də bu mahnılar da yeni albomuma əlavə etdim. Albomda 15 mahnı yer alıb. Xalq və bəstəkar mahnılarının yeni aranjemanda ifa etmişəm. Həmçinin öz bəstələrim də var. Məmməd Arazın “Ya Rəbbim”, Nəbi Xəzrinin “Dəniz”, Aşıq Veysəlin “Dostlar məni xatırlasın” və Vəsilə xanımın “Qarabağ” şerlərinə özüm bəstələr yazmışam. Bundan başqa albomda Azərbaycanın böyük bəstəkarları Cahangir Cahangirov, Emin Sabitoğlu, Rauf Hacıyev və bir neçə xalq mahnıları yer alıb. Aranjemançıları da xüsusi qeyd etməliyəm. Rəhmətlik Rafiq Babayev, Siyavuş Kərimi, Vüqar Camalzadə, Mahir İbrahimov və Əliheydər Mirzəbəyovun zəhmətləri böyük olub. Hər birinə təşəkkür edirəm".