Bakının mərkəzində vətəndaşdan xeyli saxta pul götürüldü
27 yanvar 2016 15:10 (UTC +04:00)

Bakının mərkəzində vətəndaşdan xeyli saxta pul götürüldü

Mingəçevir şəhər sakinindən xeyli saxta əskinas götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanmış 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əskinas götürülüb.

 

Araşdırma aparılır.

# 236
avatar

Oxşar yazılar