Ruhaninin çıxış etdiyi muzeydə çılpaq heykəlləri "geyindirib"
27 yanvar 2016 07:35 (UTC +04:00)

Ruhaninin çıxış etdiyi muzeydə çılpaq heykəlləri "geyindirib"

İtaliya höküməti Romaya səfər etmiş İran prezidenti Həsən Ruhani və onun nümayəndə heyətinə maraqlı bir jest edib.

 

Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, qonaqların İslam Respublikasından gəldiyi nəzərə alınaraq protokolda bir sıra dəyişikliklər aparılıb. İtaliya şirkətlərinin İranla bir sıra biznes müqavilələri imzalamasından sonra Ruhaninin İtaliya baş naziri Meteo Renzi ilə baş çəkdiyi qədim Kapitoliy muzeyində çılpaq heykəllər örtülüb. Həmçinin İtaliya höküməti iranlı prezident üçün açılan süfrədən şərabı kənarlaşdırıb. İran spirtli içkidən istifadəya qarşı sərt qanunları olan ölkələrdən sayılır.

 

Maraqlıdır ki, Fransa höküməti İranlı prezidenti səfəri ərəfəsində eyni protokol dəyişikliklərini etməkdən imtina edib. Ruhani beynəlxalq sanksiyaların ləğv olunmasından sonra iqtisadi əlaqələri genişləndirmək üçün Avropaya 5 günlük səfərə çıxıb. Bazar ertəsi İran və İtaliya şirkətləri arasında ümumilikdə 17 milyard dollar məbləğində kontraktlar bağlanıb.

 

İran regionun ən təhlükəsiz və ən sabit ölkəsidir. Bunu İtaliyada səfərdə olan İran prezidenti Həsən ruhani Romada qatıldığı biznes forumda bəyan edib. Yanvarın əvvəlində İrana qarşı nüvə proqramı ilə bağlı beynəlxalq sanskiyalar ləğv olunduğundan, İran biznes tərəfdaşlarının sayını artırmağa çalışır. İran prezidenti İtaliyanın biznesmenləri ilə keçirilən toplantıda, Yaxın Şərqdə xarici investisiyanın qorunması baxımından İranın ən yaxşı variant olduğuna əmin edib.

 

“İndiki vəziyyətdə İran bütün regionun ən təhlükəsiz və ən sabit ölkəsidir. İranın hər hansı ölkəyə ordu yeritmək, hər hansı ölkəni zəbt etmək niyyəti yoxdur. İran heç bir ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil”, - deyə İran prezidenti Həsən Ruhani bildirib.

 

Ruhani bildirib, ki, dünyada zorakılığa, ekstrimizmə və terrora qarşı mübarizənin ən effektiv yolu iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılmasından keçir. İran dövlət başçısına görə İnkişaf lazımı səviyyədə olmadıqda, bu terror, işsizlik hallarını artırır, terror üçün “əsgərlər” yaradır.

 

Həsən Ruhanı İtaliya və Fransaya 4 günlük səfərə çıxıb. Bu son 20 ildə İran prezidentinin Avropaya ilk səfəridir.

# 344
avatar

Oxşar yazılar