Ucarda "Man"la "Şaqman" toqquşdu: 1 yaralı
22 yanvar 2016 20:54 (UTC +04:00)

Ucarda "Man"la "Şaqman" toqquşdu: 1 yaralı

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun "dörd-yol" adlanan hissəsində qeydə alınıb.

 

Ucar rayon sakini, 1974-ci il  təvəllüdlü Çingiz Nizami oğlu Hacıyevin idarə  etdiyi  "Man" markalı yük maşını ilə, Göyçay rayon sakini Şahin İsrafil oğlu Quluyevin idarə etdiyi "Şaqman" markalı maşın toqquşub. Nəticədə, "Man"-nın sürücüsü Ç. Hacıyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hadisənin başvermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılır. Qeyd edək ki, adı çəkilən ərazidə tez-tez xırda yol -nəqliyyat hadisələri baş verir. Sürücülər qəzalara əsas səbəbin  ərazidə kifayət qədər yol ötürücü nişanlarının olmamasını göstərirlər.

# 255
avatar

Oxşar yazılar