Rusiyada dollar sürətlə bahalaşır
28 dekabr 2015 14:44 (UTC +04:00)

Rusiyada dollar sürətlə bahalaşır

 

 

Psixoloji hədəfi keçən məzənnə artıq tarixi maksimuma doğru irəliləyir

 

Rusiyada ABŞ dollarının birja məzənnəsi 2015-ci il ərzində növbəti, 3-cü dəfə yaxınlaşdığı 72 RUB/USD psixoloji həddi keçərsə, artıq 80 RUB/USD-yə doğru artacaq.

 

Lent.az "Report"a istinadən xəbər verir ki, bu ilin yanvarın 26-da və avqustun 24-də dolların birja məzənnəsi 72 RUB/USD-yə qədər artsa da, sonradan enib. Hazırda isə məzənnə artıq 72,2 RUB/USD-yə çatıb və əvvəlki iş günü, dekabrın 25-i ilə müqayisədə 2,8% artıb.

 

"Rublun bundan sonrakı hədəfi 80 RUB/USD-dir. Xatırladaq ki, 2014-cü il dekabrın 15-də bazarda məzənnə 80 RUB/USD-yə kimi yüksəlib. Unutmayaq ki, rublun zəifləməsi Azərbaycan manatına da mənfi təsirini göstərəcək".

# 408
avatar

Oxşar yazılar