"Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında
01 dekabr 2015 14:39 (UTC +04:00)

"Təhminə və Zaur" filmi DJ Vugarixx-in yeni mahnısında

Bu yaxınlarda "True Fantasy" adlı albomunu satışa çıxaran azərbaycanlı DJ Vugarixx yaradıcılığındakı növbəti yeniliyi təqdim edib. Lent.az-ın məlumatına görə, DJ albomunda yer alan 4-cü musiqisini dinləyicilərin ixtiyarına verib. "Təhminə və Zaur" filmindəki dialoq və səslərin əsasında hazırlanan  mahnıda, həmçinin, Rafiq Babayevin "Prelude" əsəri də fon musiqisi kimi istifadə olunub. Mahnıya filmdəki görüntülər əsasında Bəhruz Qurbanlı tərəfindən xüsusi video hazırlanıb. Cover işlərini isə Royal Paşayev (az-ya) öz üzərinə götürüb.

 

Yeni işindən danışan Vugarixx bildirib ki, mahnı onun bu janrda olan son işidir. Artıq bu janra qayıtmayacaq. Hazırda ilk klipi üzərində işlərə start verdiyini söyləyib.

 

Qeyd edək ki, Vugarixx-in downtempo, triphop, hiphop janrında olan mahnılardan ibarət True Fantasy adlı albomu noyabr ayının 23-ü təqdim olunub. Bu albomda ümumilikdə 11 mahnı yer alıb. Albom yerli musiqi bloqu olan BakuCasual proyekti ilə birgə təqdim edilib. Javid İlham tərəfindən hazırlanmış cover-i isə xüsusi diqqətə səbəb olub. Albomu əldə etmək istəyənlər BakuCasual www.bakucasual.com bloqu ilə əlaqə saxlaya bilərlər.

 

# 794
avatar

Oxşar yazılar