<span style="color:red;">General İlkər Başbuğ:  "Corc Buş hökuməti bizi satdı"
07 oktyabr 2015 17:20 (UTC +04:00)

General İlkər Başbuğ: "Corc Buş hökuməti bizi satdı"

Türkiyənin keçmiş baş qərargah rəisi general İlkər Başbuğ “Ərgənəkon” təşkilatı ilə bağlı aparılan məhkəmə prosesi çərçivəsində Ali Məhkəmədə ifadə verib. Lent.az “Hürriyət”ə istinadən xəbər verir ki, İ.Başbuğ Türkiyədə ordunun mövqelərinin zəifləməsində Corc Buş və Ərdoğan hakimiyyətlərini günahlandırıb.

 

Keçmiş baş qərargah rəisi  bildirib ki, Corc Buş hakimiyyəti Türk Silahlı Qüvvələrinə qarşı qurulmuş planı dəstəkləyib. Həmin vaxt hakimiyyətə gələn AKP qüvvələri isə dəfələrlə Fətullah Gülən hərəkatına vaxtı ilə yüksək səviyyədə dəstək verdiyini etiraf edib.

 

İ.Başbuğ baş verənləri açıqlamasının səbəbinin keçmiş silahdaşları və tarix qarşısında məsuliyyət daşıması olduğunu qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar