Miri Yusif bəstəkarın ittihamlarını cavablayıb
13 avqust 2015 17:27 (UTC +04:00)

Miri Yusif bəstəkarın ittihamlarını cavablayıb

 

Türk müğənnisi Funda Ararla Miri Yusif arasındakı qalmaqalın bir tərəfində də haqqında söhbət gedən “Bağışla” mahnısının müəllifi Murad Quliyevdir (MC Murad). Türkiyədən Azərbaycana video-açıqlama yollayan MC Murad M.Yusifi oğurluqda  ittiham edir. Lent.az məsələ ilə bağlı M. Yusifin mövqeyini də öyrənib. Müğənninin mətbuat katibi Səriyyə xanım “Bağışla” mahnısının M. Yusifə məxsus olduğunu bildirib.

O, MC Muradın ittihamlarını belə cavablandırıb: “MC Muradla M. Yusifin ortaq mahnıları var. Heç kim bunu danmır. Həmin mahnıların ortaq olması “Youtube”da, albomda qeyd olunub. Söz ortaqdırsa, hər ikisinin də adı yazılıb, musiqi ortaqdırsa, yenə hər ikisinin adı yazılıb”.

 

M. Yusifin mətbuat nümayəndəsi müğənninin MC Muradın haqqını tapdalaması fikrinə də münasibət bildirib: “ Heç kəsin haqqı heç bir yerdə tapdalanmayıb. Lakin “Bağışla” mahnısı birbaşa Miri Yusifə aiddir. Aranjemanı belə MC Murada aid deyil. “Youtube”da da bu qeyd olunub. “Ağ qarğa” albomunda MC Murada aid olan “İki doğma insan” mahnısı var. Əgər biz belə qərəzli insanlarıqsa, o mahnını da yazardıq ki, bu Miri Yusifindir. Orda qeyd olunub ki, söz - musiqi MC Murad. “Bağışla” mahnısında isə söz və musiqi Miri Yusif. Bir albomda hər iki mahnı var”.

 

Səriyyə xanım MC Murada məxsus mahnıların haqqının ödəndiyini də bildirdi. O, həmçinin əlavə etdi ki, M. Yusif  F. Ararı məhkəməyə vermək fikrindən daşınmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538
avatar

Ümidə Həsənli

Oxşar yazılar