Əhmədinejatdan <span style="color:red;">ŞOK  açıqlama: "ABŞ imam Mehdinin gəlməyindən qorxur"
24 iyun 2015 16:34 (UTC +04:00)

Əhmədinejatdan ŞOK açıqlama: "ABŞ imam Mehdinin gəlməyindən qorxur"

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat ABŞ-ın İmam Mehdini ələ keçirmək istədiyini iddia edir.

 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Əhmədinejatın fikrincə, buna səbəb isə islam aləmində yenidən zühur edəcəyinə inanılan İmam Mehdinin gəlişi ilə ABŞ-ın imperatorluğunun çökəcəyindən qorxmalarıdır.

 

Keçmiş prezident deyib: "ABŞ hökuməti imperatorluğunu çökdürəcək əsas təhlükənin İmam Mehdi olduğunu bildiyi üçün onun haqqında geniş araşdırmalar aparır".

 

ABŞ-ı “Şeytan dövləti” adlandıran Əhmədinejat "İmam Mehdi gələrsə, ABŞ-ın işinin bitəcəyini" deyir.

# 230
avatar

Oxşar yazılar