Dəhşətli qəzada 7 nəfər ölüb
24 iyun 2015 10:10 (UTC +04:00)

Dəhşətli qəzada 7 nəfər ölüb

 

 

Rusiyanın Omsk vilayətində baş verən yol qəzasında 7 nəfər ölüb. APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 24-də yerli vaxtla saat 03.00 radələrində Tümen-Omsk yolunun 436-cı kilometrliyində qeydə alınıb.

 

Omsk vilayətinin Krutinsk rayonu ərazisində “Lada Qranata” və “Toyota Mark II” avtomobilləri toqquşub. Nəticədə 5 nəfər yerindəcə keçinib, xəstəxanaya aparılan 3 nəfərdən 2-si orada ölüb.

 

Hadisə yerində operativ istintaq qrupu çalışır.  

# 279
avatar

Oxşar yazılar