Ronaldinyo futbolla vidalaşır
16 aprel 2015 07:13 (UTC +04:00)

Ronaldinyo futbolla vidalaşır

Dünya ulduzları arasında yer alan Ronadinyo futbolla vidalaşacağından danışıb. Apasport.az saytının məlumatına görə, “sambaçı” mayda karyerasına son verəcəyini açıqlayıb.

 

Braziliya mətbuatında yayılan informasiyalara əsasən, Meksikanın “Queretaro” klubu ilə müqaviləsi bu ilin iyununda bitən Ronaldinyo qərarının qəti olduğunu bəyan edib.

 

Qeyd edək ki, 35 yaşlı futbolçu indiki klubunda 20 qarşılaşmaya 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Brazilyalı əfsanə Dünya Çempionu olmaqla yanaşı, bir dəfə də Çempionlar Liqasının qalibidi.  

# 112
avatar

Oxşar yazılar