Azərbaycanda şəhid ailəsi, Qarabağ əlili və veteranların rəsmi statistikası açıqlanıb. Lent.az-ın qazilər.az saytına istinadən məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, bu ilin 1 yanvar tarixinə qədər ƏƏSMN tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12779 və 20 Yanvar şəhidi ailələrinin sayı 119-dur.
	
	Habelə ƏƏSMN tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan 11994 nəfər (Qarabağ əlili-red), 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 327 nəfər Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin edilir.
                            
                        Azərbaycanda neçə şəhid-veteran ailəsi var? - STATİSTİKA
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0