1245
11:10
18 Fevral 2013

İlan ilinin markası çıxdı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti 2013-cü il - Çin təqviminə əsasən İlan ilinə həsr edilən markaları dövriyyəyə buraxıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, 20 min tirajla buraxılan səhifə üzərində 16 marka 2013-cü ilin simvolu olan ilanı, qalan 4 marka Çin heroqliflərini təsvir edir.

Markaların nominal dəyəri 20 qəpiyə bərabərdir.