“Övladımın yaş yarımında həyat yoldaşımı itirməyim yaşadığım dövrün ən ağrılı günü olub. Ondan o tərəfə çətin günüm olmayıb”.
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Atv” telekanalda yayımlanan “1 dəqiqə” verilişində deyib.
O, hamıya övlad çiynində getməyi arzulayıb:
“2 il sonra atamı itirdim. Bu da mənim üçün çox ağır itki idi. Amma el deyimi var: Atalar və analar övladlarının çiynində son mənzilə getsin. Mən bütün valideynlərə övlad çiynində dünyadan köçsünlər”.
Aparıcının “İki canı birdən itirdiniz” sualına ifaçı belə cavab verib:
“Düzdür, yoldaşımın bətnində 7 aylıq oğul övladımız vardı. O anda bətnindəkini düşünmür insan. Nəyinki yoldaşımın həyatı. Çox çətin bir şeydir.
Zaman-zaman mənə çoxlu şərlər, böhtanlar atıldı. Ünvanıma mənə layiq olmayan ifadələr işlədildi. Hamısına sinə gərdim”.
Həmin video görüntünü təqdim edirik: