Ukraynada dovşanlar Rusiya hərbçilərinin məhvinə kömək etdi -  VİDEO
09 yanvar 2023 13:15 (UTC +04:00)

Ukraynada dovşanlar Rusiya hərbçilərinin məhvinə kömək etdi - VİDEO

Dovşanlar gözlənilmədən Ukrayna Təhlükəsizlik Xidmətinin snayperlərinə iki Rusiya hərbçisini məhv etməyə kömək ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, heyvanlar Rusiya hərbçilərini pusqudan çıxarıblar.

Müvafiq videonu Ukrayna Təhlükəsizlik Xidməti “Telegram”da yayıb. Xidmətdən zarafatla bildirilib ki, ukraynalılar Rusiya ordusuna qarşı yeni məxfi silahdan istifadə ediblər.

“Cəbhə xəttindəki düşmən mövqeləri araşdırılan zaman Ukrayna xüsusi xidmət orqanlarının məxfi laboratoriyalarında təlim keçmiş döyüş dovşanları bir qrup rusiyalını şirnikləndiriblər. Nəticədə snayperlər iki Rusiya hərbçisini məhv ediblər”, - məlumatda vurğulanır.
 

Ukraynada dovşanlar Rusiya hərbçilərinin məhvinə kömək etdi

# 3261
avatar

Oxşar yazılar