Sərnişinlər COVID pasportu olmayan taksiləri boykot edir - Lent.az-ın SORĞUSU
14 sentyabr 2021 18:02 (UTC +04:00)

Sərnişinlər COVID pasportu olmayan taksiləri boykot edir - Lent.az-ın SORĞUSU

Məlum olduğu kimi, sentyabrın 1-dən Azərbaycanda insan izdihamı olan iri ticarət mərkəzlərinə, mehmanxana və restoranlara yalnız peyvənd olunan şəxslər daxil ola bilir.

Son illər əhalinin kütləvi şəkildə istifadə etdiyi yerlərdən biri də taksi xidmətləridir. Bəs görək, taksi sürücülərindən də COVID pasportu tələb olunurmu?

Lent.az-ın çəkiliş qrupu mövzu ilə əlaqədar paytaxtın ən izdihamlı yerlərindən olan “28 may” metrostansiyası yaxınlığında taksi sürücüləri arasında sorğu keçirib. Sorğu zamanı kameramıza danışmaq istəməyən bəzi sürücülər COVID pasportunun tələb olunduğunu deyiblər. Onlar hətta pasport olmasa taksi fəaliyyəti üçün lisenziya ala bilməyəcəklərini də qeyd ediblər. Ancaq sürücülərin əksəriyyəti pasport tələb olunmadığını dilə gətirib.

Sürücülərin əksəriyyəti, həmçinin, peyvənd olunduqlarını deyərək, pasportun problem yaratmadığını vurğulayıb.

Bakıda sərnişinlər COVID pasportu olmayan taksiləri boykot etdi: Sürücüdən ETİRAF

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4131
avatar

Mehman Nəbiyev

Oxşar yazılar