"Qurani-Kərim"i yandıran qəza törətdi - VİDEO
06 iyul 2022 13:24 (UTC +04:00)

"Qurani-Kərim"i yandıran qəza törətdi - VİDEO

Norveçdə “Qurani-Kərim” yandırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, özünü “Norveçdə İslamlaşmanı Dayandırın” qrupunun lideri kimi qələmə verən Lars Zorsen müsəlmanların çox olduğu Mortensrud bölgəsinə gəlib. Burada o, müsəlmanların müqəddəs kitabını yandıraraq yolun ortasına atıb. Daha sonra kitabı götürərək yenidən yandırıb və pəncərədən sallayaraq, avtomobili idarə edib.

Bunu görən müsəlman qadın və kişilər onu təqib ediblər. Nəticədə Lars Zorsen qəza törədərək, maşını aşırıb.

Hadisə yerinə gələn polislər Zorseni təqib edən həmin müsəlmanları saxlayıb.

Qeyd edək ki, L. Zorsen əvvəllər də bir neçə dəfə müsəlmanlar yaşayan əraziyə gələrək, provokasiyalar törədib.

Norveçdə Qurani-Kərim yandırıldı

# 3654
avatar

Oxşar yazılar