Pişik sahibinin qucağında dörd bala doğdu - VİDEO
29 avqust 2022 19:58 (UTC +04:00)

Pişik sahibinin qucağında dörd bala doğdu - VİDEO

Hollandiyanın Andeyk kəndində bir pişik sahibinin qucağına atılıb, getmək istəməyib və 4 balasını dünyaya gətirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 18 yaşlı Ellen Frensen dostlarının yanından ayrılıb evə qayıdanda üç yaşlı Asrael adlı pişiyinin doğuş sancısı keçirdiyini görüb. Heyvan artıq bir balasını balalayıbmış, lakin görünür, daha rahat bir yerə yerləşmək qərarına gəlib və doğuşu davam etdirmək üçün sahibənin qucağına çıxıb.

Qız əvvəlcə pişiyin qucağında doğuşundan narahat olsa da, ev heyvanını dəsmalın üstünə keçirmək istəyəndə ucadan miyovlamağa başlayıb. Frensen onun qucağına qayıtmağa icazə verənə qədər pişik qışqırıb. İki saat sonra pişik daha dörd pişik balasını dünyaya gətirib. Yeni doğulan körpələrin vəziyyəti yaxşıdır və analarının yanındadırlar.

Sosial şəbəkələrdə yayımlandıqdan sonra video 4,9 milyondan çox baxış toplayıb. Bir çox istifadəçi bildirib ki, pişik balalarını sahibinin qucağında dünyaya gətirmək istəyi pişiyin ona olan sevgisindən və etibarından xəbər verir. “Reaksiyaların əksəriyyəti müsbətdir, baxmayaraq ki, bəzi mənfi reaksiyalar da olub. Bəziləri bunun yalan və ya iyrənc olduğunu düşünür, amma bu məni narahat etmir. Məncə, bu, şərəfdir!” - qız deyib.

Pişik sahibinin qucağında dörd bala doğdu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Oxşar yazılar