Öldürülən  DÜNYA LİDERLƏRİ   - VİDEO
07 iyul 2021 18:30 (UTC +04:00)

Öldürülən DÜNYA LİDERLƏRİ  - VİDEO

Dünyada bir çox siyasi liderlər öldürülüblər. 

Lent.az öldürülən siyasi liderləri təqdim edir: 

Nikolay Çauşesku

1965-də Rumıniyada hakimiyyətə gəlir. Gəldiyi andan düşüncə və fikir azadlıqlarına məhdudiyyətlər qoyur. Çauşevsku ölkədə elə bir vəziyyət yaradır ki, insanlar aclıq və səfalət içində yaşayırlar. 1989-cu ildə ölkədə etirazlar baş qaldırır. Çauşevsku etirazçılara silahdan atəş açmaq əmri verir. Etirazlar bütün ölkəni bürüyür. Çauşevsku  1989-cu il dekabrın 22-də həyat yoldaşı ilə birlikdə ölkədən qaçmaq istəyərkən tutulur və hər ikisi güllələnir.

Səddam Hüseyn

Səddam Hüseyn 42 yaşında olarkən, 1979-cu ilin iyulunda İraqda hakimiyyətə gəlib. O, 2003-cü ilin martınadək İraqa rəhbərlik edib. Həmin il iyulun 22-də ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində oğulları Üdey və Küsey, nəvəsi Mustafa öldürülür. Dekabrın 13-də özü tutulur və 2004-cü il yanvarın 9-da rəsmən hərbi əsir elan edilir. Sabiq dövlət başçısı 1982-ci ildə Əd-Düceyl şiə kəndində 148 sakinin öldürülməsində təqsirli bilinir və barəsində ölüm hökmü çıxarılır. Məhkəmə qərarından dərhal sonra edam edilir. Səddam Hüseyn hakimiyyətdə olduğu illərdə öz qanı ilə (27 litr) Qurani-Kərim yazdırması, kürəkənlərini güllələtdirməsi ilə tarixdə qalıb. 

Bənazir Buhutto


Pakistanda iki dəfə baş nazir vəzifəsini icra edən Bənazir Buhutto uzun illər sürgün həyatı yaşayıb. Nəhayət, 2007-ci ildə seçkilərdə iştirak etmək məqsədilə Londondan İslamabada gəlib. "Əl-Qaidə" terror təşkilatı qadın siyasətçini öldürəcəyini elan edib. 2007-ci il oktyabrın 18-də bombalı hücuma məruz qalan Buhutto sağ qalır. Növbəti sui-qəsd zamanı isə Buhutto həlak olur. Bu dəfə sui-qəsdçi Buhuttonun avtomobilinə yaxınlaşaraq 3 dəfə atəş açıb. Hədəfi vura bilməyən cani daha sonra üzərindəki bombanı partladıb. Başından yaralanan Buhutto dərhal xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 

Müəmmar Qəddafi

42 il ölkəni idarə edən polkovnik Müəmmar Qəddafi ərəb hökmdarlarından hakimiyyət başında ən çox qalan lider olub. 1969-cu ildə hakimiyyəti ələ keçirən polkovnik Qəddafi istər Yaxın Şərqdə, istərsə də Afrika və Qərbdə həmişə səciyyəvi xüsusiyyətləri ilə gözə çarpan və ziddiyyətli bir şəxsiyyət kimi tanınıb.
Bir çox ölkələrdə illər boyu hesab ediblər ki, o, terrorçuluğu dəstəkləyir. Liviya rəhbəri 2003-cü ildə gözlənilmədən öz mövqeyini dəyişib və kütləvi qırğın silahından imtina edib. 

Müəmmar Qəddafi 2011-ci ilin oktyabr ayının 20-də doğma şəhəri Sirtanın yaxınlığında Liviyanın Keçid Şurasının döyüşçüləri tərəfindən öldürülüb.

Qeyd: İyulun 7-də Haiti lideri Jovenel Moiz iqamətgahına edilən hücum nəticəsində özü və həyat yoldaşı Martin Moiz güllələnərək aldığı xəsarətdən vəfat ediblər. Hücumda iştirak edənlərin bir neçəsi ispan dilində danışıb. Haiti əhalisinin əksəriyyəti isə fransız dilində danışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10359
avatar

Nigar Adil

Oxşar yazılar