Oğurluq anı
05 noyabr 2021 13:37 (UTC +04:00)

Oğurluq anı

"MilliÖn"ün işçisi aparatın kassasını soydu - HADİSƏ ANI

Bakının Sabunçu rayonunda “MilliÖn” ödəmə terminalı qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “MilliÖn” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib. Naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar. 

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər 3 şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər. 

Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu rayon Polis İdarəsi və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

MilliÖn kassasından oğurluq edilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3900
avatar

Mehman Nəbiyev

Oxşar yazılar