Körpəsini öldürən ATA DANIŞDI:  "Psixoloji problemlərim var" - VİDEO
02 aprel 2024 17:20 (UTC +04:00)

Körpəsini öldürən ATA DANIŞDI: "Psixoloji problemlərim var" - VİDEO

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az xəbər verir ki, bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yeşil Ahmet Turanın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4914
avatar

Oxşar yazılar