Eldar Babayev və onun silahı
07 aprel 2021 12:52 (UTC +04:00)

Eldar Babayev və onun silahı

Keçmiş məhkum Maştağada silahla tutuldu - VİDEO

Bakının Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Bakı sakinindən silah tapıldı

# 2067
avatar

Mehman Nəbiyev

Oxşar yazılar