Gürcüstan-Rusiya yolunda UÇQUN:  sərhəd bağlandı - VİDEO
27 iyun 2022 13:15 (UTC +04:00)

Gürcüstan-Rusiya yolunda UÇQUN: sərhəd bağlandı - VİDEO

Gürcüstan-Rusiya yolu yenidən bağlanıb.

Lent.az  xəbər verir ki, bu dəfə Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq əhəmiyyətli yolda dağ uçqunu olub. Uçqun intensiv yağışlar nəticəsində baş verib. Nəticədə “Kazbegi” gömrük-keçid məntəqəsi bağlanıb. 

Müvafiq tədbirlər görülənə qədər Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 136-cı kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Həmin anların görüntülərini təqdim edirik: 

 

# 4023
avatar

Sevinc Fərid

Oxşar yazılar