Çeçen könüllüləri Ukraynada Rusiyaya qarşı belə döyüşür -  VİDEO
09 yanvar 2023 11:59 (UTC +04:00)

Çeçen könüllüləri Ukraynada Rusiyaya qarşı belə döyüşür - VİDEO

Donetsk vilayətinin Baxmut şəhərində çeçen könüllülər ukraynalı müdafiəçilərə Rusiya hərbçilərini məhv etməkdə kömək edirlər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi bunu əks etdirən videonu yayıb.

Bildirilir ki, çeçen könüllülər Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq legionunun tərkibində Ukraynanı müdafiə edirlər.

Könüllülər arasında İçkeriya xalqının qəhrəmanı, hazırda Baxmutda döyüşən Abdul Hakim də var.

Abdul Hakim Rusiyanın genişmiqyaslı hücumlarından əvvəl Suriyada Əcnəd əl-Kavkaz qrupuna rəhbərlik edib.

Fevralın 24-dən sonra onun qrupu Çeçenistan İçkeriya Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Xüsusi Təyinatlı Batalyonunun, daha sonra isə Ukrayna Beynəlxalq Legionunun könüllü birləşməsinin bir hissəsi olub.

Qeyd olunur ki, Hakim oktyabrın 15-də Çeçenistan İçkeriya Respublikasının Silahlı Qüvvələrinin polkovniki rütbəsini alıb.

Çeçen könüllüləri Ukraynada Rusiyaya qarşı belə döyüşür

# 2436
avatar

Oxşar yazılar