Balakəndə kişi sevgilisinin boğazını kəsdi - Dəhşətli qətlin VİDEOSU  - YENİLƏNİB
27 iyul 2022 22:35 (UTC +04:00)

Balakəndə kişi sevgilisinin boğazını kəsdi - Dəhşətli qətlin VİDEOSU - YENİLƏNİB

Xəbərə hadisə yerindən video əlavə olunub.

***

Saat 16:10

Baş Prokurorluq Balakəndə törədilən qətllə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

***

saat 14:49

Balakəndə boğazı kəsilən qız xəstəxanada ölüb. 

Lent.az-ın məlumatına görə, həkimlərin səyinə baxmayaraq Emilya Abdurahmanovanı xilas etmək mümkün olmayıb. 

***

saat 13:33

Balakəndə kişi birgə yaşadığı qadına ağır xəsarət yetirib.

Lent.az APA-ya istinadən xəbər verir ki,  Balakən rayonunun Qazma kənd sakini Elton Layıcov qeyri-rəsmi nikahda yaşadığı rayon sakini, 2001-ci il təvəllüdlü Abdurahmanova Emilya Məzahir qızının boğaz nahiyəsini kəsib.

Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Elton Layıcov saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

13.15

Balakəndə kişi qadının boğazını kəsib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Balakən şəhərində baş verib.

Xəsarət alan qadın Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına götürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

# 25329
avatar

Oxşar yazılar