Bakıda sərxoş sürücü DƏHŞƏT   yaşatdı: yol polisi atəş açdı - HADİSƏ ANI
01 oktyabr 2022 09:50 (UTC +04:00)

Bakıda sərxoş sürücü DƏHŞƏT yaşatdı: yol polisi atəş açdı - HADİSƏ ANI

Bakının Səbail rayonunda yük maşını sürücüsünün yol polisi tərəfindən atəş açılaraq dayandırılması barədə xəbər vermişdik.

Lent.az xəbər verir ki, yol hərəkəti qaydalarını pozan həmin "Mercedes" markalı yük avtomobili sürücüsünün polisə tabe olmadığı və digər avtomobilləri əzdiyi görüntülər yayılıb.

Görüntülərdə onun sıx küçəyə girdiyi, burada avtomobillərə zərər vurduğu və sakinlərə narahatlıq yaratdığı əks olunub.

Qeyd edək ki, "Saxla" əmrinə tabe olmayan sürücünü yol polisi onun idarə etdiyi avtomobilin arxa təkərinə atəş açaraq saxlaya bilib. Müayinə zamanı sürücünün sərxoş olduğu və hətta narkotikdən istifadə etdiyi üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

# 5553
avatar

Mehman Nəbiyev

Oxşar yazılar