Bakıda şagird məktəbdə bıçaqla VİDEO   çəkdi
03 dekabr 2022 13:21 (UTC +04:00)

Bakıda şagird məktəbdə bıçaqla VİDEO çəkdi

Bakıda daha bir məktəbdən şagirdlərin görüntüsü yayılıb.

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdə bir şagirdin qarşısındakı partada pullar, telefonlar əks olunub. Dəhşətlisi isə odur ki, həmin partanın üstündə şagird bıçaq da qoyub.

Sinif otağında dərs zamanı çəkilən bu görüntülər geniş müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a görüntülərdən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, hazırda araşdırma aparılır.

# 4167
avatar

Mehman Nəbiyev

Oxşar yazılar