Bakıda polis maşını "Shacman"la toqquşdu -  VİDEO
07 iyul 2022 11:24 (UTC +04:00)

Bakıda polis maşını "Shacman"la toqquşdu - VİDEO

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 99-YP-355 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub. 

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə təmizlik məqsədilə tuneldə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili tunelin yuyulması zamanı su təchizatını aparan yük maşını ilə toqquşub. Nəticədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda YPX avtomobili "Shacman"la toqquşdu

# 2652
avatar

Mehman Nəbiyev

Oxşar yazılar