Bakıda küçə itinin hərəkəti görənlərin marağına səbəb olub.
Lent.az xəbər verir ki, görüntüləri sosial şəbəkədə yayılıb. Küçə iti yolu keçmək üçün piyada zolağına gəlib. Burada o, avtomobillərin keçməsini gözləyib və fürsət düşən kimi yolu keçib.
İzləyicilər belə görüntülərin adətən xarici ölkələrə mənsub olduğunu qeyd edərək, itin bəzi qanuna məhəl qoymayan insanlardan ağıllı olduğunu yazıblar.
Görüntüləri təqdim edirik: