Bakıda oteldə YANĞIN - VİDEO  - YENİLƏNİB 2
11 mart 2022 22:12 (UTC +04:00)

Bakıda oteldə YANĞIN - VİDEO - YENİLƏNİB 2

FHN oteldə baş verən yanğınla bağlı məlumat yayıb.

Bu gün saat 20:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın yeddimərtəbəli otel binasının dam örtüyü və liftin şaxtasında liftlərin mühərriklərinin yerləşdiyi bölmədə baş verib. 

Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində təqribən 100 kv m sahə yanıb, otelin binası yanğından mühafizə olunub.

***

21.24

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hazırda soyutma işləri aparılır. 

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

***

Saat 20:51

Bakıda yanğın başlayıb. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Teymur Əliyev küçəsində yerləşən otellərdən birində qeydə alınıb. 

Əraziyə FHN yanğınsöndürənləri cəlb edilib. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4944
avatar

Oxşar yazılar