Bakıda ayağını pəncərədən çıxarıb maşın sürən HƏBS EDİLDİ  - VİDEO
06 iyul 2022 18:22 (UTC +04:00)

Bakıda ayağını pəncərədən çıxarıb maşın sürən HƏBS EDİLDİ - VİDEO

Bakı şəhərində sürücü ayağını çölə çıxararaq avtomobil idarə edib.

Lent.az-ın məlumatına görə, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 30 yaşlı Murad Əşrəfov ayağını çölə çıxardaraq cəmiyyətə açıq hötmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirilib ki, onun barəsində toplanmış material Yasamal rayon Məhkəməsinə təqdim edilib:

İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati  həbs seçilib.

A. Əsgərli bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi və məsuliyyətli olmağı xahiş edir.

Bakıda ayağını pəncərədən çıxarıb maşın sürən HƏBS EDİLDİ

# 2730
avatar

Mehman Nəbiyev

Oxşar yazılar