Azərbaycanlı dizaynerin   hazırladığı avtomobil Amerikada -  VİDEO
17 noyabr 2022 16:30 (UTC +04:00)

Azərbaycanlı dizaynerin hazırladığı avtomobil Amerikada - VİDEO

Azərbaycanlı dizayner Samir Sadıxovun hazırladığı avtomobil Amerikada təqdim olunub.

Lent.az-ın məlumatına görə, Sadıxovun hazırladığı konsept avtomobilin təqdimat mərasimi Los-Angeles şəhərində keçirilib.

Burada təşkil olunan tədbirdə nümayiş olunan yeni üçüncü nəsil “Genesis X Convertible” maşını böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Samir Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Azərbaycan-Türk liseyində alıb. Sonra İtaliyanın Turin şəhərində Avropa Dizayn İnstitutunun (“Istituto Europeo di Design”) Nəqliyyat dizaynı fakültəsində bakalavr, Almaniyanın “Pforzheim” Universitetinin eyni adlı fakültəsində isə magistr pilləsini bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384
avatar

Sevinc Fərid

Oxşar yazılar