Azərbaycanda qarpızı yediyinə görə tülkünü ÖLDÜRDÜLƏR -VİDEO -YENİLƏNİB
25 iyul 2022 16:26 (UTC +04:00)

Azərbaycanda qarpızı yediyinə görə tülkünü ÖLDÜRDÜLƏR-VİDEO-YENİLƏNİB

Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.

Bu barədə məlumatı Lent.az-a DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.

Onlar hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.

***

14:21

Neftçala rayon sakinin tülküyə işgəncə verməsi barədə araşdırma başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov deyib. 

O, bildirib ki, görüntülərlə bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, hadisəni törədən Neftçala rayon sakini Cəsarət Bayramov tülkünün bostanına girərək 100 qarpızına zərər vurduğu üçün öldürdüyün deyib. Videonu isə əsgər yoldaşının qeydə aldığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8988
avatar

Fidan İlqar

Oxşar yazılar