8 yaşlı uşaq avtobus qaçırdı -  VİDEO
24 noyabr 2022 15:17 (UTC +04:00)

8 yaşlı uşaq avtobus qaçırdı - VİDEO

Avtomobillə bağlı qeyri-adi hadisə Anapada baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sakinlər “Ford Transit” markalı mikroavtobusun həyətdə qəribə şəkildə hərəkət etdiyini görüblər. Manevr zamanı dayanmış iki maşını vuran “Ford” hadisə şahidlərinin qışqırığına baxmayaraq hərəkətini davam etdirib.

Bu zaman kabinədə sürücü görünməyib. Axırda yoldan keçənlər sükan arxasında balaca oğlan görüblər. O, maşını yalnız qarşısında sıra ilə dayanmış avtomobillərə görə saxlayıb.

“Yetkinlik yaşına çatmayan şəxs müstəqil olaraq atasına məxsus park edilmiş avtomobilin salonuna daxil olub və açarları taparaq mühərriki işə salıb və ətrafda manevr etməyə başlayıb. İdarəetməni itirən uşaq dayanmış iki xarici avtomobillə toqquşmaqdan yayına bilməyib”, - məlumatda vurğulanır.

Uşağın atasına qarşı protokol tərtib edilib, hər iki ailə üzvü yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə aparılıb. Kişinin sözlərinə görə, psixi pozğunluğu olan oğul sadəcə olaraq nə etdiyini dərk etməyib.

Mətbuatın yazdığına görə, oğlanın uşaqlığı çətin keçib. İki il əvvəl Novorossiyskdə qonşular yuxarı mərtəbədə yerləşən mənzildən su axdığını görüblər.

Su basmış mənzildə altı yaşlı uşaq tapıblar. Bədənində qançırlar və dişləmə izləri olub. Uşaq beyin silkələnməsi və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha sonra sadist ana məhkəməyə göndərilib, ata isə uşağı götürüb.

8 yaşlı uşaq avtobus qaçırdı

# 1839
avatar

Oxşar yazılar

Pişik meymunu övladlığa GÖTÜRDÜ -  VİDEO

Pişik meymunu övladlığa GÖTÜRDÜ - VİDEO

8 fevral 2023 , 19:46
Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

8 fevral 2023 , 15:12
Zaqatalada mağazada telefon partladı - ANBAAN VİDEO

Zaqatalada mağazada telefon partladı - ANBAAN VİDEO

8 fevral 2023 , 12:09
Balaəli "Range Rover"lə  avtobusun qabağını kəsdi: Yol polisi OD PÜSKÜRDÜ

Balaəli "Range Rover"lə avtobusun qabağını kəsdi: Yol polisi OD PÜSKÜRDÜ

8 fevral 2023 , 11:26
Türkiyədə zəlzələdən sonra bu qəsəbəni su basdı - VİDEO

Türkiyədə zəlzələdən sonra bu qəsəbəni su basdı - VİDEO

7 fevral 2023 , 16:47
FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO

FHN-in növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü - VİDEO

7 fevral 2023 , 15:22
Türkiyədə zəlzələnin 2-ci GÜNÜ - VİDEO

Türkiyədə zəlzələnin 2-ci GÜNÜ - VİDEO

7 fevral 2023 , 13:20
Qramı 25 manata öd daşı - Gizli biznes  -VİDEO

Qramı 25 manata öd daşı - Gizli biznes -VİDEO

7 fevral 2023 , 13:05