Uşaqların sağlam böyümələri üçün vacib vərdişlərə yiyələndirmək önəmlidir. Mütəxəssislərin fikrincə, bu cür vərdişlərə sahib olan uşaqlar gələcək həyatlarında planlı və uğurlu olurlar.
Lent.az xarici KİV-ə istinadən övladlarınız üçün vacib vərdişləri təqdim edir:
- Davamlı səhər yeməyi yemək
- Dişləri fırçalamaq
- Duş qəbul etmək
- Şəxsi təmizliyə önəm vermək
- Yeməkdən öncə əlləri yumaq və yeməkdən sonra dişləri yenidən fırçalamaq
- Hər gün bir neçə səhifə kitab oxumaq
- Kimyəvi tərkibə malik içkiləri təbii içkilərlə əvəz etmək. Məsələn, ayran, evdə hazırlanan meyvə şirələri və s.
- Hər gün bir neçə saat fiziki hərəkətlər etmək
- Məktəb tapşırıqlarını planlı şəkildə həll etmək
- Otağını səliqəli saxlamaq
- Əşyalarını qorumaq
- Məktəb saatına görə yuxu rejiminə əməl etmək.