Uşaqlarda  it koronavirusu   aşkar edildi
25 may 2021 11:19 (UTC +04:00)

Uşaqlarda it koronavirusu aşkar edildi

Amerikalı elm adamları, it koronavirüsünün insanlara keçə biləcəyi barədə məlumatları təsdiqləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Malayziyanın Borneo adasında uşaqlarda bir neçə xəstəlik halının təsdiqlənməsindən sonra, elm adamları yeni bir koronavirus növünün uşaqlara yoluxma qabiliyyətini elan ediblər.

Ohayo Universitetinin ekspertləri virusun quruluşunu araşdırdıqdan sonra onun zərif genetik quruluşunu qeyd ediblər və bu ştammın daha davamlı olduğu qənaətinə gəliblər.

Son vaxtlara qədər elmdə 7 növ koronavirus aşkar edilib.

Bunlar arasında 2000-ci illərin əvvəllərində SARS epidemiyasına səbəb olan virus və qlobal pandemiyanın başlanğıcını qoyan az tanınmış SARS-CoV-2 var.

Çox keçmədən daha iki növ koronavirus aşkar edilib. Onların yayılmasında itlərdən şübhələnməyə başlanılıb.

Sonra virusun heyvandan insana keçə biləcəyi ehtimal edilib.

İndiyə qədər elm adamları, aşkar edilmiş xəstəliyi növbəti bir koronavirus infeksiyası növü adlandırmaq üçün kifayət qədər məlumata sahib deyil.

Bu ştammın insan bədəninə nə qədər uyğunlaşa bildiyi də bilinmir.

Ancaq eyni zamanda, it koronavirusunun heyvandan insana keçə biləcəyini müəyyənləşdirmək mümkün olmayıb, lakin bu virusun daha sonra insandan insana keçib-keçməməsi barədə də heç bir məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Oxşar yazılar