"Ded Xasan"ın nəvəsi  Lənkəranskinin yaxın adamını öldürdü - YENİ FAKT
27 sentyabr 2025 19:40 (UTC +04:00)

"Ded Xasan"ın nəvəsi Lənkəranskinin yaxın adamını öldürdü - YENİ FAKT

0

Gürcüstan Baş Prokurorluğu “qanuni oğru” Merab “Suxumski”nin qardaşı Levan Canqveladzenin qətli ilə bağlı istintaqda yeni təşkilatçının adını açıqlayıb. O, 2013-cü ildə Moskvada öldürülmüş Aslan Usoyanın (Ded Xasan) nəvəsi İrakli Usoyandır.

Lent.az xəbər verir ki, bu məlumatı Tbilisi Şəhər Məhkəməsinin qapalı iclasında detektiv Robiko Qogiaşvili təqdim edib.

İstintaqın məlumatına görə, İrakli Usoyan Gürcüstanın keçmiş baş prokuroru Otar Parçaladze və Mikadze qardaşlarına Canqveladzenin qətlini təşkil etməyi 5 milyon dollara sifariş edib.

Cinayət 2025-ci ilin martında Tbilisinin mərkəzində törədilib. İstintaqın versiyasına görə, qətlin motivi Rusiya istiqamətinə siqaret və spirtli içki ixracı biznesi ilə bağlı “gərgin münasibətlər” olub.

“Aslan Usoyan”, “rus mafiyasının kralı” kimi tanınan, SSRİ və Rusiyanın kriminal aləminin əsas fiqurlarından biri olub. O, qumar biznesinə, narkotik ticarətinə və qaçaqmalçılığa nəzarət edib. 2013-cü ildə onun qətlindən sonra varisləri və rəqibləri, o cümlədən Rövşən Lənkəranskinin klanı arasında miras uğrunda mübarizə başlayıb.

İstintaqın fikrincə, Canqveladzenin qətli bu uzun sürən qarşıdurmanın bir epizodu olub.

Qeyd edək ki, Levan Canqlevadze 2025-ci ilin mart ayında qətlə yetirilib. O və qardaşı Merab mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Ləkəranskinin yaxın adamı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar