Uşaq dərs etmək istəmirsə, Valideyn nə etməlidir?
24 mart 2025 10:37 (UTC +04:00)

Uşaq dərs etmək istəmirsə, Valideyn nə etməlidir?

İşdən zəng edib dərsləri xatırladırsınız, amma axşam evə qayıdanda görürsünüz ki, uşaq hələ də kitabı açmayıb. Təhdidlər, təkidlər, hətta mükafat vədləri də işə yaramır. Onda bu üsul klassik yanaşmanı alt-üst edə bilər. Ənənəvi nəzarətçi rolu yerinə uşağın həyatında ən darıxdırıcı insan olun. Qəribə səslənsə də, məhz bu yanaşma müqaviməti qırır.

Lent.az bu mövzunun incə məqamlarını sizə təqdim edir:

Təsəvvür edin: uşaq dəftəri kənara qoyur, siz isə “Dərsə otur, dedim!” əvəzinə deyirsiniz:

“Yaxşı, hazırsan, mən kömək edərəm. Amma yanında oturacam və hər 2 dəqiqədən bir soruşacam: 'Başladın?'”

Masanın arxasında oturursunuz, telefon və ya kitaba baxırsınız və arada monoton şəkildə deyirsiniz: “Bəs nə vaxt başlayırıq?”

10 dəqiqə keçməmiş, bu hal uşağa ən sevmədiyi riyaziyyatdan da darıxdırıcı gələcək. Çünki bu halda sizin varlığınız cəza yox, sadəcə yorucu bir vərdişə çevrilir və uşaq onu tezliklə bitirmək istəyir. Uşaqlar çox zaman dərsdən yayınaraq özlərini idarədə hiss etmək istəyirlər. Amma siz təzyiq göstərmədən, eyni zamanda onları tək buraxmayaraq passiv şəkildə "orada olduğunuzu" göstərsəniz, artıq üsyan etməyə motivasiyaları qalmır.

Məsələn:
Oğlunuz inşa yazmaq istəmir. Siz isə deyirsiniz: “Başlamağa qərar verəndə mənə de. Mən sadəcə burda oturacam”.

Yanında oturursunuz və hər bir neçə dəqiqədən bir təkrarlayırsınız: “Hazırsan?”

15 dəqiqədən sonra o yazmağa başlayacaq – sadəcə sizin bezdirici suallarınıza son qoymaq üçün.

Diqqət yetirilməli məqamlar:

Əsəbiləşməyin və istehza etməyin. “Nə qədər gözləyəcəm daha?!” desəniz, metod işə yaramaz.

Neytral olun – sanki siz bir canlı taymersiniz. Əgər uşaq “Get burdan!” deyirsə, sakit cavab verin:
“Sən dərsə oturan kimi çıxacam”.

Yardım etməyə tələsməyin. Uşaq kömək istəyənə qədər sadəcə fon olun. Əgər kömək istəyərsə, sual verin: “Nəyi başa düşmədin?”

Cavabı özünüz verməyin, istiqamət göstərin: “Kitabda nümunə var. Gəlin onu birlikdə baxaq.”

Bu, uşağı müstəqil düşünməyə öyrədir.

Ən böyük səhv: bu metodu cəza kimi təqdim etməkdir.

Deyin: “Sənin başlayacağı an mən burdayam və kömək etməyə hazıram”. Bir neçə həftəyə görəcəksiniz ki, uşaq “təkrar rejimi”ndən qaçmaq üçün dərslərə daha tez oturmağa başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar