Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz?  BUNLARI ETMƏYİN  -  9 QAYDA
29 iyun 2021 21:25 (UTC +04:00)

Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz? BUNLARI ETMƏYİN - 9 QAYDA

“Valideynlərin hər işdə uşağın yerinə qərar verməsi, onu yönləndirməsi, məsuliyyət verməməsi və istəmədiyi şeylərə məcbur etməsi uşağın şəxsiyyət kimi formalaşmasının qarşısını alır, onda valideyndən daima uzaq qalmaq istəyi formalaşdırır”.

Lent.az xəbər verir ki, bunu psixoloq Fuad Əsədov bildirib. Onun fikrincə, doğru olan isə budur ki, uşaq böyüdükcə onun azadlığının ölçüsü də get-gedə artmalıdır. Aşağıdakı hallar olduğu təqdirdə uşaq böyüyəndə də özünü yetkin kimi hiss etmir və başda valideynlər olmaqla hər kəsdən uzaq durmağa çalışır.

Əziz valideynlər, əgər uşağınızın şəxsiyyət kimi formalaşmasını və sizinlə sağlam münasibətinin olmasını istəyirsinizsə, bunları etməyin.

1. Valideynlər həddindən çox qorumaçıdır və uşağa yaşından daha kiçik kimi davranırlar.

2. Valideynlər uşağın yerinə qərar verir.

3. Valideynlər uşağın həyatındakı bütün problemləri özləri həll etməyə çalışır və hər şeylə maraqlanırlar.

4. 13 yaşa qədər uşağı məktəbə valideynlər aparır.

5. Uşaqları çox nadir hallarda özlərindən uzaq saxlayırlar və beləcə, uşağın fərdiyyətçilik hissini zədələyirlər.

6. Valideynlər uşaqları çox tənqid edirlər.

7. Valideynlər uşaqlara çox məsləhət verir.

8. Valideynlər uşağın şəxsi zonasına hörmət etmir.

9. Valideyn uşağa daima təhlükələr barədə xəbərdarlıq edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9708
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar