Koronavirus uşaq xəstəliyinə çevrilə bilər - ARAŞDIRMA
12 avqust 2021 18:03 (UTC +04:00)

Koronavirus uşaq xəstəliyinə çevrilə bilər - ARAŞDIRMA

Alimlərin pandemiyanın gələcəyi ilə bağlı apardıqları araşdırmalar, koronavirusun daha çox peyvənd edilməmiş uşaqlara təsir edən bir xəstəliyə çevrilə biləcəyini göstərib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, koronavirusun gələcək illərdə uşaqlar arasında daha çox yayılan xəstəlik olacağı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi məlumatlara uyğun olaraq, tədqiqatçılar fərqli demoqrafik quruluşa malik 11 ölkədə xəstəliyin ağırlığını araşdırıblar. Tədqiqatçılar, koronavirusun gələcək illərdə  virusa yoluxmamış və ya hələ peyvənd edilməmiş uşaqlara yoluxacağını ortaya çıxarıblar.

Koronavirusun böyüklər arasında daha şiddətli yayıldığı, yaşla birlikdə ölüm riskini artırdığı hamımıza məlumdur. Amma önümüzdəki illərdə koronavirusun digər viruslar və qriplər kimi, əsasən peyvəndlənməyən uşaqlar arasında yayılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar