İki yaşlı uşaq özünü  alnından güllələdi
26 aprel 2023 18:51 (UTC +04:00)

İki yaşlı uşaq özünü alnından güllələdi

Moskva yaxınlığındakı Puşkinoda iki yaşlı uşaq “Osa” markalı travmatik tapança ilə özünü alnından vurub.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, oğlan böyüklərin nəzarətsiz qoyduğu silah tapıb. Kəllə sümüklərinin sınığı diaqnozu ilə uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Uşağın anası polisə hadisənin hansı şəraitdə baş verdiyini açıqlaya bilməyib. Qadın şokdadır.


 

# 2004
avatar

Oxşar yazılar