Ermənistanda abortlar səbəbindən  80 minə yaxın qız   doğulmayıb
19 aprel 2023 18:07 (UTC +04:00)

Ermənistanda abortlar səbəbindən 80 minə yaxın qız doğulmayıb

Ermənistanda son 30 ildə selektiv abortlar səbəbindən 80 minə yaxın qız doğulmayıb. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bunu respublikanın səhiyyə naziri Anait Avanesyan parlamentin növbədənkənar iclasında “Ermənistan hökumətinin 2022-ci ildə (2021-2026) proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı deputatların suallarını cavablandıranda deyib. 

Bu, onun fikrincə, dəhşətli rəqəmdir.

“Sağlam və sabit cəmiyyətə sahib olmaq üçün bizə bu nisbətin (oğlan və qızlar - red.) təbii olması, süni müdaxilənin olmaması lazımdır. Biz başqa ölkələrdə yaranmış fəlakətli demoqrafik nəticələri görürük və bunu istəmirik”, - Avanesyan bildirib.

O qeyd edib ki, 2020-ci ilə qədər bu göstəricidə irəliləyiş var. İldən-ilə doğulan qızlarla oğlanların sayı arasındakı fərq azalır.

# 2289
avatar

Oxşar yazılar