COVID-19 uşaqlarda diabet  RİSKİNİ ARTIRIB
26 sentyabr 2022 16:15 (UTC +04:00)

COVID-19 uşaqlarda diabet RİSKİNİ ARTIRIB

COVID-19-a yoluxmuş uşaqlarda 1-ci tip diabetin inkişaf riski artır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər 18 və daha aşağı yaşda olan bir milyondan çox xəstənin məlumatlarını təhlil ediblər. 

Onlar sonra iki qrupa bölünüb: 9 yaşa qədər xəstələr və 10-18 yaş arası xəstələr.

18 yaş və daha kiçik COVID-19 xəstələrində tip 1 (insulindən asılı) diabetin yeni diaqnozlarının 72 faiz artdığı müəyyən edilib.

SARS-CoV2 infeksiyasının altı ayı ərzində COVID-19 tənəffüs yoluxucu infeksiyadan sonra yeni diaqnoz qoyulan 72 xəstə (0,025 faiz) ilə müqayisədə 123 xəstəyə (0,043 faiz) 1-ci tip diabet diaqnozu qoyulub. İnfeksiyadan bir, üç və altı ay sonra SARS-CoV2-yə yoluxmuş şəxslərdə şəkərli diabet diaqnozu qoyulma riski, COVID olmayan tənəffüs yoluxucu infeksiyaları olan şəxslərlə müqayisədə xeyli yüksək olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Oxşar yazılar