Cinsini dəyişənlər  övladlığa uşaq   götürə bilməyəcək
17 sentyabr 2023 18:21 (UTC +04:00)

Cinsini dəyişənlər övladlığa uşaq götürə bilməyəcək

Tatarıstanda cinsini dəyişmiş şəxslərə uşaqları övladlığa götürmək və ya onların qəyyumuna çevrilmək qadağandır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə dəyişiklikləri Tatarıstan Dövlət Şurasının deputatları respublikanın Ailə Məcəlləsinə qəbul ediblər.

Qanunda qeyd edilir ki, ər-arvaddan biri cinsiyyətini dəyişirsə, bu, boşanma üçün əsasdır.

Dəyişiklikləri parlamentarilər yekdilliklə dəstəkləyib, 77 deputat lehinə səs verib.

Yada salaq ki, iyulun sonunda Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun imzalayıb. Bu, yalnız tibbi göstərişlər olduqda edilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3654
avatar

Oxşar yazılar