İngiltərənin Lids şəhərindən olan bir uşaq “Mens IQ” testində 18 yaşdan kiçik insanlar arasında ən yüksək balı toplayıb. Nəticədə intellekt baxımından Stiven Hokinq və Albert Eynşteyni keçib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 11 yaşlı Yusif Şahı dostları və ətrafdakılar həmişə ağıllı hesab edib. Bir gün Şah bunun doğru olub-olmadığını yoxlamaq qərarına gəlir. Buna görə o, intellektual qabiliyyətlərin qiymətləndirilməsi ilə bağlı olan “Mens IQ” testi verib və rekord qiymət alıb.
Məlum olub ki, Yusifin test nəticələri dünyaca tanınmış fiziklər Stiven Hokinq və Albert Eynşteynkinindən bir pillə yuxarıdır.
Şahın anası oğlunun uğurlarından çox qürur duyduğunu bildirib. O, zarafatla atasının da belə ağıllı olduğunu qeyd edib. Yusifin 8 yaşlı balaca qardaşı da böyüyəndə bu imtahandan yaxşı nəticə əldə edəcəyini ümid etdiyini deyib.
Yusif Şah gələcəkdə Oksford və ya Kembric universitetlərində riyaziyyat təhsili almaq arzusundadır. Bunun üçün o, zehni məsələləri, Sudoku həll edir və Rubik kubunu yığır.