Ana təzə doğduğu körpəsini vedrədə  BASDIRDI
20 dekabr 2022 15:16 (UTC +04:00)

Ana təzə doğduğu körpəsini vedrədə BASDIRDI

Rusiyanın Nijni Novqorod vilayətinin Diveevo kənd sakini qızını hamamda vaxtından əvvəl dünyaya gətirib və öz bağında basdırıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın hamiləliyinin yeddinci ayında olub. 

Qadın körpədə həyat əlaməti olmadığı üçün onu vedrə ilə birgə evə bitişik torpaq sahəsinin ərazisində basdırdığını deyib.

Məlumata görə, qızın meyitinin aşkarlanması ilə Nijni Novqorod vilayətinin İstintaq Komitəsi (İK) ehtiyatsızlıqdan ölümə səbəb olma ilə bağlı cinayət işi açıb. 

İstintaq nəticəsində məlum olub ki, 32 yaşlı qadın hamilə  kimi xəstəxanada qeydiyyatda olsa da, nə doğuşdan əvvəl, nə də doğuşdan sonra həkimlərə müraciət etməyib. Eyni zamanda, qadın psixiatrın nəzarəti altında olub.

Körpənin cəsədinə baxış zamanı heç bir zorakılıq nəticəsində ölüm əlamətləri aşkar edilməyib. Uşağın dəqiq ölüm səbəbini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Fidan İlqar

Oxşar yazılar